BAKI, 28 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının J qrupunun III turunda Argentina millisi İordaniya üzərində 3:1 hesablı qələbə qazanıb.
Teleqraf xəbər verir ki, Dallas stadionunda keçirilən görüşdə hesab 19-cu dəqiqədə Covani Lo Çelsonun cərimə zərbəsindən vurduğu qolla açılıb.
İlk hissənin 31-ci dəqiqəsində Lautaro Martines penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.
İkinci hissədə İordaniya yığması Musa əl-Tamarinin qolu ilə hesab arasındakı fərqi azaldıb. Matçın 80-ci dəqiqəsində isə Lionel Messi cərimə zərbəsini dəqiq yerinə yetirərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Bu qol Messi üçün dünya çempionatları tarixində 19-cu olub. Argentinalı ulduz bununla da turnirin bombardir rekordu üzrə göstəricisini daha da yaxşılaşdırıb.
***
06:12
Futbol üzrə dünya çempionatında J qrupunun III turunun oyunlarına start verilib.
Teleqraf xəbər verir ki, qrup mərhələsinin həlledici oyununda İordaniya və Argentina yığmaları qarşılaşırlar. ABŞ-nin Dallas şəhərindəki eyniadlı stadionda keçirilən görüş artıq start götürüb.
Bu qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Qeyd edək ki, paralel keçirilən digər matçda isə qrupun digər təmsilçiləri Əlcəzair və Avstriya seçmələri üz-üzə gəlirlər. Bu oyunların nəticəsində J qrupundan növbəti mərhələyə vəsiqə qazanacaq komandaların adları müəyyənləşəcək.