BAKI, 25 iyun. TELEQRAF
"Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmiş suveren dövlətdir. Heç bir beynəlxalq institut siyasi təzyiq, selektiv yanaşma və ikili standartlarla ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz. Məhkəmə-hüquq məsələləri yalnız Azərbaycan qanunvericiliyi əsasında həll edilir".
Teleqraf xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Vüqar Bayramova məxsusdur.
V.Bayramov təəssüflə qeyd edir ki, AŞPA son illər obyektiv dialoq platformasından uzaqlaşaraq müəyyən siyasi qrupların anti-Azərbaycan kampaniyasının alətinə çevrilib: "Belə qətnamələr nə Azərbaycanın mövqeyini dəyişəcək, nə də ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirəcək. Əksinə, bu cür addımlar AŞPA-nın özünün qərəzli və selektiv yanaşmasını bir daha nümayiş etdirir və quruma olan etimadı daha da sarsıdır.
Azərbaycan heç vaxt diktə dilini qəbul etməyib və bundan sonra da qəbul etməyəcək. Bizim üçün əsas meyar milli maraqlarımız, dövlət suverenliyimiz və xalqımızın iradəsidir. Kiminsə siyasi maraqlarına xidmət edən kağız üzərindəki qətnamələr bu reallığı dəyişə bilməz".