BAKI, 28 iyun. TELEQRAF
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında vurduğu qolların sayını 19-a çatdıraraq turnirin bombardir rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, Lionel Messi futbol üzrə dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniya millisi ilə oyunda fərqlənib.
Bu qol onun dünya çempionatları tarixində 19-cu qolu olub. Bununla da argentinalı ulduz turnirin ən məhsuldar futbolçusu kimi öz rekordunu daha da yaxşılaşdırıb.
Bu göstəricidə ikinci yeri hərəyə 16 qolla Fransa millisinin hücumçusu Kilian Mbappe və karyerasını başa vurmuş Almaniya yığmasının sabiq futbolçusu Miroslav Kloze bölüşür.