BAKI, 28 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs razılaşmasını növbəti dəfə pozduğunu bildirərək ölkənin hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Trampın sözlərinə görə, ABŞ hərbi təyyarəsi İranın radar sistemlərini, raket anbarlarını və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektləri vurub. O bildirib ki, əməliyyat İranın atəşkəs razılaşmasını növbəti dəfə pozmasına cavab olaraq həyata keçirilib.

“Çox güman ki, onlar heç vaxt dərs çıxarmayacaqlar”, – deyə ABŞ Prezidenti paylaşımında qeyd edib.