BAKI, 28 iyun. TELEQRAF

Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.

Teleqraf xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində Elm və Təhsil Nazirliyinin qarşısında qeydə alınıb.

Zaqatala rayon sakini 1989-cu il təvəllüdlü Ramazanov Şəhriyar Zakir oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb

O, hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.