BAKI, 28 iyun. TELEQRAF
Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb.
Teleqraf xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, 2-ci Yeni Yasamal 16 mənzil 38 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Hacıyev Elşən Nəriman oğlu həyat yoldaşı ilə mübahisə edib. Daha sonra onu döyüb. Qadın balta ilə ərinə hücum edərək onun üz, hər iki qoluna və kürəyinə bir neçə balta zərbəsi vurub.
Onların birgə nigahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. E.Hacıyev hazırda cərrahi əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.