BAKI, 28 iyun. TELEQRAF

Argentina millisinin kapitanı Lionel Messi milli komandalar səviyyəsində keçirdiyi oyunların sayına görə tarixdə ikinci pilləyə yüksəlib.

Teleqraf xəbər verir ki, Lionel Messi dünya çempionatının qrup mərhələsində İordaniya millisinə qarşı keçirilən oyunun ikinci hissəsində meydana çıxıb.

Bu görüş onun Argentina yığmasının heyətində keçirdiyi 202-ci oyun olub.

Bununla da Messi Küveyt millisinin sabiq futbolçusu Bədr Əl-Mütəvanın göstəricisini təkrarlayaraq milli komandalar səviyyəsində ən çox oyun keçirən futbolçular siyahısında ikinci yerə yüksəlib.

Bu göstəricidə rekord Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldoya məxsusdur. O, yığma komandada indiyədək 230 oyuna çıxıb.