BAKI, 28 iyun. TELEQRAF

Konqo Demokratik Respublikası millisi futbol üzrə dünya çempionatında tarixi uğura imza atıb.

Teleqraf xəbər verir ki, K qrupunun son turunda Konqo Demokratik Respublikası yığması Özbəkistan millisini 3:1 hesabı ilə məğlub edib.

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində keçirilən görüşdə qalib komandanın qollarını Yoan Vissa (68-ci dəqiqə, penaltidən və 90+1-ci dəqiqə) və İbrahim Mayele (78) vurublar. Özbəkistan millisinin yeganə qoluna isə Eldor Şomurodov 10-cu dəqiqədə imza atıb.

Bu nəticədən sonra Konqo Demokratik Respublikası millisi 4 xal toplayaraq K qrupunda üçüncü yeri tutub və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Özbəkistan yığması isə qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olaraq sonuncu pillədə qərarlaşıb və turnirlə vidalaşıb.

***

05:12

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu başa çatır.

Teleqraf xəbər verir ki, oyunun son dəqiqələrində Konqo millisi hesab arasındakı fərqi artırıb 3-1.

***

05:12

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu davam edir.

Teleqraf xəbər verir ki, oyunun 78-ci dəqiqəsində Konqo millisi hesabda önə keçib 2-1.

***

05:02

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 68-ci dəqiqəsində Konqo millisi hesabı bərabərləşdirib 1-1.

***

04:26

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Özbəkistan millisinin 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.

***

03:41

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 10-cu dəqiqəsində Özbəkistan millisi hesabı açıb.

***

03:30

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu başlayıb.

Teleqraf xəbər verir ki, K qrupunun III turunun matçı Bakı vaxtı ilə 03:30-da start götürüb.