BAKI, 28 iyun. TELEQRAF

ABŞ ordusunun gecə saatlarında İranın cənub sahillərinə endirdiyi hava zərbələri regionda müharibənin başa çatmasına dair əldə olunmuş atəşkəs razılaşmasını faktiki olaraq qüvvədən salıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Sənəddə iyulun 27-nə keçən gecə ABŞ ordusunun İranın cənub sahillərindəki monitorinq və nəzarət obyektlərinə hücum etdiyi bildirilir.

Tehran rəsmi Vaşinqtonun bu addımını iyunun 18-də imzalanmış müharibənin başa çatdırılması haqqında memorandumun və BMT nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Nazirlik rəsmiləri qarşı tərəfi beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham ediblər.

XİN rəsmi bəyanatında BMT Təhlükəsizlik Şurasını və qurumun baş katibini məsuliyyəti üzərinə götürməyə çağırıb: "İran BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, ABŞ-nin hərbi təcavüzünə qarşı öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmindədir".