BAKI, 28 iyun. TELEQRAF
Portuqaliya millisi futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, K qrupunun son turunda Kolumbiya və Portuqaliya yığmaları üz-üzə gəlib. ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra Kolumbiya millisi 7 xalla qrup lideri olub. 5 xal toplayan Portuqaliya yığması isə ikinci yeri tutaraq pley-off mərhələsinə yüksəlib.
Beləliklə, hər iki komanda dünya çempionatında mübarizəni davam etdirmək hüququ qazanıb.
***
04:20
Futbol üzrə dünya çempionatının Kolumbiya - Portuqaliya oyunu başlayıb.
Teleqraf xəbər verir ki, matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
***
03:30
Futbol üzrə dünya çempionatının Kolumbiya - Portuqaliya oyunu başlayıb.
Teleqraf xəbər verir ki, K qrupunun III turunun matçı Bakı vaxtı ilə 03:30-da start götürüb.