BAKI, 28 iyun. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını yaxın günlərdə sərt cavab gözlədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ-nin İranın Sirik şəhərinə endirdiyi zərbələr Hörmüz boğazı üzərində SEPAH-ın nəzarət imkanlarını zəiflətməyəcək.

"ABŞ-nin Siriki nizamsız şəkildə atəşə tutması elit qüvvələrimizin Hörmüz boğazına nəzarət problemini həll etmir. Amma bölgədə yerləşən Amerika bazaları tamam başqa məsələdir. Yaxın günlərdə onları əsl cəhənnəm gözləyir", - deyə bəyanatda vurğulanıb.

SEPAH bununla ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib.