BAKI, 26 avqust. TELEQRAF

Azərbaycan Respublikasının Milli Məclisi Birinci Vitse-Prezident Mehriban Əliyevanı təbrik edib.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və ölkəmizin daha da inkişafı istiqamətində yorulmaz fəaliyyətində uğurlar arzu edirik".