BAKI, 28 may. TELEQRAF

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!".