BAKI, 18 aprel. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şuşa və Xankəndi səfəri ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, səfir paylaşımda Qarabağda bərpa-quruculuq işlərinin tam sürətlə davam etdiyini diqqətə çatdırıb.

“Biz Şuşa və Xankəndini ziyarət etdik. Bərpa işləri sürətlə davam edir. Tarixi məscidlər təmir olunub, hava limanları istifadəyə verilir, yol və tunel tikintiləri tamamlanmaq üzrədir, məktəblər açılıb, sosial həyat yenidən başlayıb. Qaçqın ailələr tədricən vətənlərinə qayıtmağa başlayıblar. Qürur hissi keçirdik”, - paylaşımda qeyd olunub.