QARABAĞ, 12 sentyabr. TELEQRAF
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər.
Teleqraf-ın Qarabağa ezam edilmiş əməkdaşı xəbər verir ki, diplomatik korpus üzvləri buradakı istehsal prosesi və iş şəraiti ilə tanış olublar.
Qeyd edək ki, zavodun açılışı 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.