AĞDAM, 12 sentyabr. TELEQRAF
Ağdamda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə rayonun Quzanlı qəsəbə sakini 1996-cı il təvəllüdlü Samirə Xəlilova zəhərlənmə əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, S.Xəlilova evdə qarışqaları məhv etmək üçün istifadə etdiyi kimyəvi dərmandan ehtiyatsızlıq ucbatından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.