BAKI, 12 sentyabr. TELEQRAF

"Şəfa" Azərbaycan Premyer Liqasının V turunda çempion "Sabah"la üz-üzə gələcək.

Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Hücumçu Luis Felipe komandaya kömək edə bilməyəcək. Braziliyalı forvard zədəlidir.

25 yaşlı futbolçu cari mövsümdə 4 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması sabah "SOCAR Polymer Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.