BAKI, 12 sentyabr. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin Vladimir Putinlə görüşmək istəyəcəyi təqdirdə Moskvaya gələ biləcəyini bəyan edib.
Teleqraf "TASS" agentliyinə istinadla xəbər verir ki, Kreml rəsmisi Ukrayna Prezidentinin hər iki liderin G20 sammitində bir araya gələrək rəsmi qərar qəbul etməli olduqlarına dair çağırışını sərt şəkildə cavablandırıb: “Əgər o, həqiqətən də Putinlə görüşmək istəyirsə, dövlət başçısı daha əvvəl də bildirmişdi ki, Zelenski birbaşa Moskvaya gələ bilər”.
Qeyd edək ki, "Böyük İyirmiliyin" (G20) növbəti tarixi sammiti dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək. Rəsmi Moskva iyul ayının sonunda bəyan etmişdi ki, Rusiya heyəti bu sammitdə mütləq iştirak edəcək.