BAKI, 12 sentyabr. TELEQRAF

Filippində sərnişin bərəsində baş verən dəhşətli yanğın nəticəsində həlak olanların sayı kəskin artaraq 35 nəfərə çatıb, 50-dən çox insan isə hələ də itkin sayılır.

Teleqraf "Associated Press" agentliyinə istinadla xəbər verir ki, Filippin Sahil Mühafizə Xidməti rəsmi məlumatına görə bərənin göyərtəsində hələ də digər cəsədlərin qaldığını və axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etdiriləcəyini bildiriblər.

Xatırladaq ki, faciə sentyabrın 9-da axşam saatlarında baş verib. Paytaxt Maniladan çıxaraq Koron limanına doğru hərəkət edən bərədə təyinat məntəqəsinə 39 kilometr qalmış qəfil güclü yanğın qeydə alınıb. Göyərtədə olan ümumilikdə 132 nəfərdən indiyədək yalnız 43 sakini sağ xilas etmək mümkün olub.