BAKI, 12 sentyabr. TELEQRAF

NATO-ya məxsus xüsusi kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində növbəti missiyaya başlayıb.

Teleqraf xəbər verir ki, Avropa İttifaqının aviasiya dispetçer xidmətlərindən sızan məlumata görə, alyansın "Bombardier Artemis II" tipli kəşfiyyat təyyarəsi bu ay artıq ikinci dəfədir ki, Qara dənizin cənub akvatoriyasında qərbdən şərqə və geriyə doğru intensiv manevrlər edir.

Mənbələr bu xüsusi təyyarənin həftəsonu havaya qaldırılmasının olduqca nadir və qeyri-adi bir hal olduğunu, adətən bu növ uçuşların yalnız iş günlərində reallaşdırıldığını vurğulayıblar. Rumıniyanın Konstansa aerodromundan qalxan və təxminən 9,5 kilometr yüksəklikdə hərəkət edən hərbi göyərtə, sahilyanı ölkələrin hava məkanını pozmadan neytral zonada elektron kəşfiyyat fəaliyyətini davam etdirir.