BAKI, 12 sentyabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda qeyd olunub:
“XX əsrin əvvəllərinə qədər bu nəslin nümayəndələri Alban hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını daşımağa davam edib, bu adı nəsildən-nəslə ötürüblər.
Bu abidə əsrlər boyu davam edən tarixi varisliyin və əcdadların xatirəsinin maddi sübutu kimi dayanır”.