KƏLBƏCƏR, 12 sentyabr. TELEQRAF
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastırında olublar.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatlar qədim monastır kompleksi ilə tanış olublar.
Səfər zamanı qonaqlara Xudavəng monastırının tarixi və ərazidə yerləşən dini-memarlıq abidələri barədə məlumat verilib.
Qeyd edək ki, Xudavəng monastırı Azərbaycan ərazisindəki mühüm tarixi-mədəni irs nümunələrindən biri hesab olunur və dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.