BAKI, 12 sentyabr. TELEQRAF

Hindistanda keçirilən tarixi sammitin yekun bəyannaməsində BRİKS ölkələri Qəzza zolağında atəşkəs rejiminə tam əməl olunmasını və bölgəyə maneəsiz humanitar yardımın çatdırılmasını tələb ediblər.

Teleqraf "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, üzv dövlətlər BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qəbul etdiyi bütün rəsmi qətnamələrin tam yerinə yetirilməsini dəstəkləyirlər. İttifaq rəsmiləri münaqişədə iştirak edən bütün tərəfləri dərhal silahları yerə qoymağa, Qəzza sektorunda tam atəşkəs elan etməyə və dinc əhaliyə humanitar köməyin humanitar dəhlizlər vasitəsilə maneəsiz, sərbəst şəkildə çatdırılmasına şərait yaratmağa çağırıblar.