BAKI, 29 mart. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

Teleqraf xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:

“Əziz bacı və qardaşlarım!

Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”