SUMQAYIT, 21 sentyabr. TELEQRAF

Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı “Chevrolet Malibu” markalı avtomobil yolu keçən piyadanı vurub.

Zərbədən ağır xəsarətlər alan kişi hadisə yerində həyatını itirib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.