BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Belarusla genişmiqyaslı razılaşmanın hazırlandığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında yazıb.

Razılaşmaya əsasən Belarusdan kalium gübrəsinin alınması daxildir.

“Qiymət hazırda Kanadaya ödədiyimizdən xeyli aşağı olacaq. Bu, fermerlərimiz və heyvandarlıqla məşğul olanlar üçün çox yaxşı xəbərdir”, – deyə Tramp bildirib.