BAKI, 19 fevral. TELEQRAF

“MDB Parlamentlərarası Assambleyasının (APA) əsas vəzifələrindən biri MDB ölkələrində milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılmasıdır”.

Teleqraf xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitrin Kobitskiy deyib.

O bildirib ki, MDB Parlamentlərarası Assmbleyası ötən müddət ərzində 700-dən çox nümunəvi qanunvericilik aktı qəbul edib:

“MDB-yə üzv dövlətlərin parlamentləri seçki hüququ və azadlıqları ilə bağlı konvensiya hazırlayıb və bu, 20 il əvvəl birliyə üzv dövlətlərin başçları tərəfindən imzalanıb”.

2025-ci ildə Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümüdür. Bu çərçivədə aprel ayında BMT-nin terrorçuqlula mübarizə idarəsi və BQXK ilə birgə iclas keçiriləcək. May ayında isə XI Nevski Beynəlxalq Ekoloji Konqresi baş tutacaq. Mən APA ölkələrini bu tədbirlərdə iştiraka dəvət edirəm”.