
BAKI, 19 fevral. TELEQRAF
"Parlament diplomatiyası münaqişələrin qarşısını almaqda rol oynamalıdır".
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasındakı çıxışı zamanı deyib.
Sədr vurğulayıb ki, razılıqları tam başa çatdırmaq üçün hüquqi çərçivə yaradılmalıdır:
"Parlament əlaqələrindən istifadə edərək sosial, mədəni, iqtisadi əlaqələrin inkişafını təklif edirik. Bundan başqa, iqlim problemlərin həllini də bizim üçün önəmli olmalıdır. Effektiv həllər tapmaq üçün səyləri birləşdirməyi təklif edirik. Bu yöndə Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-u vurğulamalıyıq".