BAKI, 19 fevral. TELEQRAF

"Beynəlxalq siyasətdəki vəziyyəti nəzərə alaraq demək olar ki, çoxtərəfli əməkdaşlıqlar indiki kimi vacib olmamışdı".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyadakı çıxışı zamanı deyib.

Spiker qeyd edib ki, APA-nın büdcəsinin formalaşdırılmasına dair konsensus əldə etməyə yaxınıq:

"Bu da təşkilatın daha da güclənməsinə səbəb olacaq. Dünyamızın üzləşdiyi çətinliklər, onlardan çıxış yolu müzakirə olunmalıdır. Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il işğalda qaldı. Ölkəmiz bütün qətnamələri öz gücü hesabına bərpa edib. Aydındır ki, dünyada sülhə nail olmağın ən etibarlı yolu çoxtərəfli əməkdaşlıqdır. Azərbaycan hər zaman çoxtərəfli sistemin güclü tərəfdaşı olmuşdu".