
BAKI, 19 fevral. TELEQRAF
Biz Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edirik. Bu əməkaşlıq əlaqələri daha da genişlənir.
Teleqraf xəbər verir ki, bu sözləri Pakistan senatının sədri Yusuf Raza Gilani Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasındakı çıxışı zamanı deyib.
"Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Pakistana səfər etdi. Yaxın günlərdə Pakistanın Baş naziri Azərbaycana səfər edəcək. Biz mədəni, dini, tarixi baxımdan bir birimizə çox yaxınıq", - deyə o bildirib.