
BAKI, 20 fevral. TELEQRAF
“BBC News Azərbaycanca” Bakıda fəaliyyətini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə BBC açıqlama yayıb.
Bildirilib ki, şirkət Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Xatırladaq ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərirdi.