BAKI, 19 fevral. TELEQRAF
Daşkənddə Özbəkistanın təşəbbüsü ilə Parlamentlərarası İttifaqın (PAİ) 150-ci yubiley Assambleyası keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasındakı çıxışı zamanı deyib.
Sədr vurğulayıb ki, tədbir 2025-ci ilin 5-9 aprelində baş tutacaq.