![](https://teleqraf.az/storage/2023/08/02/715x378/metro_(1).jpg)
BAKI, 12 fevral. TELEQRAF
2025-ci ilin yanvar ayında Bakı metropolitenindən 17 milyon 984 min 399 sərnişin isitfadə edib. 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin ilk ayında sərnişin sayı 4.2 faiz artıb.
Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, istifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub. Orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.
Ən çox sərnişin “Koroğlu” (1 milyon 569 min 567), “28 May” (1 milyon 456 min 460) və “20 Yanvar” stansiyalarına daxil olub (1 milyon 378 min 979).
Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb.