![](https://teleqraf.az/storage/2024/10/31/715x378/zangezur_corridor.png)
BAKI, 12 fevral. TELEQRAF
Tezliklə Zəngəzur üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təşkil edilməsinə şahidlik edə bilərik.
Teleqraf xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
“Alen Simonyanın “Qarabağ türk toponimidir və bölgənin adının “Artsax” yox, Qarabağ adlandırılması siyasi cəhətdən etikdir” etirafı Ermənistanda müzakirə mövzusuna çevrilib. Erməni spiker buna əlavə olaraq Qarabağ ermənilərinə bildirdi ki, “əlinizdə olan silahla vuruşa bilərdiniz, amma qaçdınız”. Bunlar Ermənistan daxilində yerlilərlə Qarabağ erməniləri arasında zidiyyətlərin artıq siyasi arenaya çıxmasının göstəricisidir”, - ekspert bildirib.
Onun sözlərinə görə, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında bir-birinə qarşı dözümsüzlük mövcuddur:
“Uzun müddət “Böyük Ermənistan” xülyası naminə bu ziddiyyət və münaqişəni gizlətməyə çalışsalar da, onların “milli-ideoloji doktrina”larının 44 günlük müharibədən sonra ciddi şəkildə zədələndiyi şübhəsizdir.
Qarabağ və şərti olaraq İrəvan ermənilərinə gəlincə, həmişə Qarabağ ermənilərini təhqir edən İrəvan erməniləri onları “türk mühərriki”, “türkatsats hayi” (ermənilərin türk hibridi) və ya “paxstakan” (gəlmə) adlandırırlar və bu ifadələrə təhqiramiz məna verirlər. Hələ də “şurtvata” sözünü işlədirlər. Bu söz də “xəyanətkar, fırıldaqçı, əclaf” anlamına gəlir. “Qarabağ eşşəyi” deyilən başqa bir ifadə də var.
İrəvan və başqa şəhərlərdə küçələrdə gedərkən erməni dilində bu ifadəni də eşidə bilərsiniz: “Sən ermənisən, yoxsa qarabağlısan?”
Beləliklə, Alen Simonyan və Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq”.
Zəngəzur dəhlizi məsələsi ilə bağlı isə Zaur Məmmədov bunları söyləyib:
“Zəngəzur dəhlizi reallıqdır. Tezliklə maneəsiz gediş-gəlişin təşkil edilməsinə şahidlik edə bilərik.
Avropa İttifaqının (Aİ) müşahidə missiyasının vaxtının uzadılması fonunda Ermənistan ya Zəngəzur dəhlizini açmalıdır, ya da Zəngəzura bu və digər şəkildə qayıdış həllini tapacaq. Bu kontekstdə istisna deyil ki, tezliklə ilkin mərhələdə yük qatarlarının maneəsiz gediş-gəlişi ilə bağlı nəticə əldə edilsin. Ancaq bu, sözdə bəyanat olmamalıdır və Ermənistan məlum ərazidə təmir-bərpa işlərinə başlamalıdır”.