BAKI, 12 fevral. TELEQRAF
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirlib ki, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 4 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.