BAKI, 12 fevral. TELEQRAF

“Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirir. Növbəti belə tədbirlərdən biri qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.

Bu barədə Teleqraf-a “Azərişıq ASC”-dən məlumat verilib.

Bildirilib ki, qanvermə aksiyasına könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra aksiyaya qoşulmasına icazə verilib.

Aksiya Bakı ilə yanaşı, regionlarda da davam edir. “Azərişıq” ASC mütəmadi olaraq qanvermə aksiyalarının keçirilməsində iştirak edir.