BAKI, 12 fevral. TELEQRAF

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardmımın növbəti hissəsi yola salınıb.

Teleqraf xəbər verir ki, humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Ukrayna tərəfindən edilən müraciətlərə əsasən, yardım müharibədən zərər görmüş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatını bərpa etmək məqsədilə göndərilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yardım üçün 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın ilk hissəsi fevralın 7-də Ukraynaya göndərilib.