MİNGƏÇEVİR, 10 oktyabr. TELEQRAF
Mingəçevirdə 55 yaşlı kişi iş yerinin yaxınlığında ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Samux küçəsində qeydə alınıb.
Şəhər sakini İlham Orucov ərazidə ölmüş vəziyyətdə aşkar olunub. Əldə edilən məlumata görə, o, sözügedən obyektdə çalışırmış.
İlkin müayinə zamanı məlum olub ki, İ.Orucovun ölümünə əziyyət çəkdiyi şəkər xəstəliyinin dərəcəsinin kəskin yüksəlməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.