BAKI, 22 oktyabr. TELEQRAF

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.