LAÇIN, 10 oktyabr. TELEQRAF

“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti ilk olaraq Laçın şəhərindəki Seyrəngahı ziyarət edib. Qonaqlar buradan şəhərin ümumi mənzərəsini seyr edib, xatirə fotoları çəkdiriblər.

Səfər proqramına uyğun olaraq, konfrans iştirakçılarının növbəti dayanacağı Zabux kəndi olacaq.