QARABAĞ, 10 oktyabr. TELEQRAF
“Burada gördüyümüz infrastruktur layihələrinin dinamikası onu göstərir ki, ümumilikdə Qarabağ bölgəsinin, Xankəndinin, Laçının perspektivi var. Həmçinin Azərbaycan hökumətinin insanların bura qayıtması, yeni həyatın bərpa olunması üçün göstərdiyi səylər gələcəyə ümidləri artırır".
Teleqraf -ın Qarabağ bürosu xəbər verir ki, bunu Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko azad edilmiş ərazilərə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Uşaqların olduğu yerdə gələcək də var. Ona görə də mən bu münasibətlə Azərbaycan xalqını və hökumətini burada gördüyümüz gözəl dəyişikliklər münasibətilə təbrik etmək istəyirəm”.
Aleksandr Esaulenko bərpa işlərinin müasir standartlara uyğun aparıldığını diqqətə çatdırıb:
“Hər bir səfər, bərpa olunduğunu gördüyümüz hər bir yeni kənd bərpa olunan yaşıl enerji mənbələri baxımından yaşıl fəlsəfə ilə həyata keçirilir. Bu o deməkdir ki, bərpa işlərində ən son texnologiyalardan istifadə olunur".