BAKI, 22 oktyabr. TELEQRAF
Argentina millisi baş məşqçi Lionel Skaloni ilə müqaviləni 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər yaxın vaxtlarda danışıqlar prosesinin son detallarını yekunlaşdıraraq müqavilə imzalayacaqlar.
Xatırladaq ki, Skaloninin rəhbərliyi altında Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Finalda Cənubi Amerika təmsilçisi Fransa yığmasını penaltilər seriyasında məğlub edib.
2026-cı il dünya çempionatının finalında isə Argentina millisi İspaniya yığmasına uduzub.