BAKI, 22 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki münasibətlərini çağırış kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.
Nikol Paşinyan ölkədə iqtisadi fəallığın yüksək olduğunu bildirib.
O, Ermənistanın iqtisadi əlaqələrinin şaxələndirilməsi istiqamətində işlərin uğurla davam etdiyini vurğulayıb:
"Hökumət iqtisadi inkişafı təmin etməyə, ölkənin suverenliyini, müstəqilliyini və dövlətçiliyini gücləndirməyə çalışacaq".