BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa qarşı kompromat materiallarına malik olduğuna inanır.

Teleqraf xəbər verir ki, o, Tramp Rusiya ilə iqtisadi sövdələşmələr bağlamağa çalışdığını bildirib.

Mümkün sövdələşmələrə neft, qaz və mühüm faydalı qazıntılar sahələri də daxildir. Klinton Ukraynanın aktivlərinin bölüşdürülməsi və Rusiyaya güzəştlərin edilməsi məsələlərinin müzakirə olunduğunu da iddia edib.

Keçmiş dövlət katibinin fikrincə, Trampın bu addımlarının səbəbləri arasında güclü liderlərə rəğbəti, maddi maraqları və Putini məmnun etmək istəyi də var. Hillari Klinton Rusiya Prezidentinin Tramp haqqında foto və ya videomateriallara malik ola biləcəyini də ehtimal etsə də, bu iddiasını təsdiqləyən heç bir sübut göstərməyib.

Klinton Tramp administrasiyasının Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Ukraynaya dəstəyin məhdudlaşdırılması istiqamətindəki addımlarını da tənqid edib. Onun sözlərinə görə, Vaşinqton Ukraynanın “Starlink” və “Starshield” sistemlərinə çıxışını məhdudlaşdırmağa, eləcə də Avropa ölkələrinin “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük etməsinə mane olmağa çalışır.

Klinton ümid etdiyini bildirib ki, respublikaçıların və digər siyasi qüvvələrin təzyiqi Trampı bu məhdudiyyətlərdən imtina etməyə və Avropa ölkələrinin Ukraynaya dəstəyini davam etdirməsinə imkan verməyə vadar edəcək.