BİLƏSUVAR, 12 oktyabr. TELEQRAF
Biləsuvarda rayon mərkəzində yerləşən şadlıq saraylarından birində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Eldar Vəliyev kürək nahiyəsindən bıçaq xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.