BAKI, 16 oktyabr. TELEQRAF

Yaponiyanın Milli Meteorologiya İdarəsi Hokkaydo adasının şimal-şərqində güclü zəlzələ baş verməsi ilə bağlı yaydığı məlumatı ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, meteorologiya qurumu sözügedən ərazidə güclü yeraltı təkanlarla bağlı əvvəlki məlumatını geri götürüb.

Xəbərdarlığın hansı səbəbdən ləğv edildiyi barədə hələlik ətraflı açıqlama verilməyib.