BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ-nin Oreqon ştatının Bend şəhərində yerləşən məktəblərdən birində silahlı insident baş verib.
Teleqraf xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən OPB telekanalı məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs məktəb binasında atəş açıb. Hadisə nəticəsində xəsarət alanlar var.
Yaralılar arasında yetkinlik yaşına çatmayanların da olduğu qeyd edilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, atəş açan şəxs ölüb.
CNN telekanalı isə hadisə nəticəsində iki nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
İnsidentin başvermə səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.