BAKI, 16 oktyabr. TELEQRAF
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək.
Teleqraf xəbər verir ki, yığma Çexiyanın Fridek-Mistek şəhərindəki “Hala Polarka” İdman Arenasında meydan sahibləri ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşü İngiltərədən Peter Nurse, Uelsdən Valentin Siuplea və Şotlandiyadan Dunkan Maklulliç idarə edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 5-də Bakıda Çexiyanı qəbul edəcək. Yığma noyabrın 8-də Latviyanı evdə, 2027-ci il fevralın 27-də isə səfərdə eyni rəqibi ilə qarşılaşacaq.