BAKI, 16 oktyabr. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycanın İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyasında (COP17) iştirak etməməsini problem hesab etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə danışıb.
“Bu, onların öz qərarıdır. Bunu ölkələrimiz arasındakı münasibətlərə şamil etmək olmaz. Münasibətlərdə heç bir gərginlik yoxdur və belə bir gərginlik gözlənilmir”, - Simonyan qeyd edib.