BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin hakimiyyəti dövründə Ukraynaya göndərilən Amerika raketlərinin sonradan açıq bazarda satıldığını iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.

“Bayden onlara raketlər verirdi, həmin raketlər isə Ukraynaya çatdıqdan sonra açıq bazarda satılırdı”, – ABŞ lideri bildirib.

Tramp iddiasını təsdiqləyən konkret faktlar və ya sənədlər təqdim etməyib. Raketlərin kimlər tərəfindən və hansı ölkələrə satıldığı barədə də məlumat açıqlanmayıb.

ABŞ Prezidenti müsahibəsində Ukrayna lideri Volodimir Zelenskini də tənqid edib. O, Zelenskinin müharibənin sülh yolu ilə başa çatdırılmasında maraqlı olmadığını iddia edib.